Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib.
7Times.az xəbər verir ki, İnce bu barədə sosial media hesabında məlumat verib.
O, xəstəliyinin səbəbini açıqlamayıb:
“Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm”, – deyə İncə vurğulayıb.
Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib. (Qafqazinfo)
Follow @7timesaz