Maqazin

Aktrisalarımızın instaqram populyarlığı – Kim birincidir?

Aktrisalarımızın instaqram populyarlığı – Kim birincidir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisalarımız performansları ilə yanaşı görüntüləri, gündəlik həyatları, geyimləri, getdikləri gözəllik mərkəzləri və məkanlarla da diqqət çəkirlər.

Bütün dünyada sosial şəbəkədəki izləyici sayına görə “hörmət”in formalaşdığı, filmə və seriala dəvətin artdığı bir dönəmdə sənətçilər üçün ən önəmli rolu instaqram oynayır. Sözsüz ki, burada daha çox kommersiya filmlərindən söhbət gedir. Digər izləyicisi az olan, lakin istedaddan yoxsul olmayanlar tamaşalarda, dövlət sifarişli layihələrdə qeyd-şərtsiz yer alırlar.

Bəs, bizdə instaqramda ən çox izləyicisi olan gənc aktrisalar kimlərdir?

OLAY onların siyahısını təqdim edir:

“Şeyx Sənan” serialı ilə debüt edən Esmeralda Abdullayeva hələ ki gözəlliyinin payını yeməyənlərdəndir. Onun cırtdan ailəsinin sayı 1690 nəfərdir.

Aktrisa Səmayə Ağayarova “ƏSA” Teatrındakı tamaşaları ilə diqqət çəkir. Son olaraq Əlixan Rəcəbovla eyni layihədə rol almışdı. 1939 nəfər onu izləmədədir.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Günel İmanovanın isə 5,3 min izləyicisi var.

“Ata ocağı”nın siması Aydan Ağazadənin təqibçisinin sayı 10,1 mindir.

Natavan Abbaslı “Ata ocağı”nın gənc ulduzlarından biridir. 11,2 min izləyicisi olsa da, təbii gözəlliyi və fərqli tərzi ilə daha çox insan tərəfindən kəşf edilməsi mütləqdir.

Daha çox ailə-məişət mövzulu seriallarda rol alan Günəş Təqinin 24,7 minlik instaqram səhifəsi var.

“AzDrama”nın gənc aktrisalarından olan Lalə Süleymanova sosial medianı aktiv istifadə edənlərdəndir. Rol aldığı tamaşalar, dublyaj etdiyi layihələr və reklam filmləri ona 29,4 min izləyici qazandırıb.

Son olaraq “Yuxu kimi” serialında rol alan, hazırda analıq məzuniyyətində olan Aydan Axundzadə instaqrama çox vaxt ayırmasa da, onu 48,3 min profil izləyir.

Gənc Tamaşaçılar Teatrının aktrisası Aydan Həsənzadə sonuncu dəfə “Kod adı “V.X.A”” tamaşası ilə gündəmə gəlmişdi. Aktrisanın “follower”lərinin sayı 67,2 mindir.

Fəridə Şahbazova həm “Ata ocağı”, həm dövlət sifarişli layihələr, həm də sosial mediadakı qısametrajlı filmlərlə tanınaraq 75,2 min izləyici yığıb.

Yuğ Dövlət Dram Teatrının aktrisası Ləman Mərrih “İmtahan” və “Ata ocağı” serialları ilə xeyli tamaşaçı kütləsi yığsa da, səsləndirdiyi şeirlər də onu sosial mediada məşhurlaşdırıb. Sənətçinin 74 min təqibçisi var.

Daha çox komediya layihələrinin siması olan Sanura Cəfərova 80,4 min nəfər tərəfindən izlənilir.

Aktrisa Şəhanə Yusifovanı 83,1 min şəxs “follow” edir.

“Komedixana”nın ulduzu Zarina Qurbanova dediyinə görə, ölkədə ən çox baş rola çəkilən aktrisadır. Onun izləyicilərinin sayı 105 min nəfərə çatır.

Libasları ilə mediada tez-tez xəbər materialı olan Ülfət Bəşirin paylaşımları 110 min şəxsin diqqətindən yayınmır.

Hazırda həm də prodüserlik fəalliyəti ilə məşğul olan və başı şirkətinə qarışan Sevinc Əliyeva 112 min profilin nəzarəti altındadır.

“Qız atası” serialı ilə yanaşı aparıcılıq da edən Raksana İmir 120 min şəxs tərəfindən izlənilir.

“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımovanın 124 minlik instaqram hesabı var.

Aparıcılıqdan sonra aktrisalığı da peşə edən Turanə Hüseynli ötən il “Altın Kelebek” qazanaraq “Azərbaycanın parlayan ulduzu” seçilmişdi. Hüseynlini 186 min nəfər izləyir.

Hazırda moda evinə daha çox vaxt ayıran Nərgiz Əliyevanın 234 min izləyicisi var.

“Səs” serialı ilə son zamanlar sosial mediada gündəm olan Üzel Kərimova 346 minlik instaqram hesabı ilə xoşbəxtdir.

Çəkdiyi TikTok videoları, səhər proqramı, “Qız atası” serialı və “Komedixana” layihəsi ilə “hype”ı hərtərəfli olan Xəyalə Quliyeva 508 min profilin “follow”sundadır.

Ölkənin ən mediatik aktrisalarından olan Ülviyyə Xəlilbəylinin hər paylaşımı xəbər olur. Bu qədər diqqət mərkəzində olmaq və Murad İsmayılla evliliyi ona 937 min izləyici qazandırıb.

Görüntüsü və fəalliyəti, eyni zamanda geyimləri ilə Pərvin Abıyeva istəyərək və ya istəməyərək medianın gözləmində olur. Onun bu populyarlığı aktrisaya 1,2 milyon izləyici, saysız reklamlar və layihələr bəxş edib.

Sıralamanın ilk pilləsində 15 ildən çoxdur ekranlarda olan Kəmalə Piriyeva var. Aktrisa və aparıcılıq fəalliyəti, reklam çarxları, filmlər, seriallar… və nəhayət 1,3 milyon izləyici onunladır!