Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu həyat yoldaşı, aktrisa Sinem Koballa evliliyindən danışıb.
7Times.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Empati” proqramının qonağı olan İmirzalıoğlu maraqlı açıqlamaları ilə diqqət çəkib.
Belə ki, 48 yaşlı aktyor həm də həmkarı olan həyat yoldaşına ilk görüşdən aşiq olmadığını etiraf edib: “40 yaşımdan sonra bir daha kimisə sevə biləcəyimdən əmin deyildim. Amma həyatın nə gətirəcəyini heç vaxt bilmirsən. Sinemi əvvəllər də tanıyırdım. İlk baxışdan aşiq olmadım, ona qarşı sevgimi 4-cü görüşümüzdə hiss etdim. O anda öz-özümə “mənə nəsə oldu, burada başqa bir şey var” dedim. Eşq çoxaldan, təəccübləndirən, insanı daha emosional, daha güclü edən bir şeydir. Əgər inandığın bir sevgi varsa, heç nə səni yolundan dayandıra bilməz”.
Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Onların bu evlilikdən Lalin və Leyla adlı iki qızı var.