“Ukraynada “soyuq sülhün” əleyhinəyəm. Ukrayna sülhlə bağlı şərtləri özü qoymalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Koelner Stadt-Anzeiger” qəzetinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsahibə verərkən deyib.“Rusiya başa düşməlidir ki, müharibəni “soyuq sülh” etməklə bitirmək olmaz. Məsələn, mövcud cəbhə xəttini Rusiya ilə Ukrayna arasında yeni “sərhəd” elan etmək kimi. Ədalətli sülh var və bunun ilkin şərti rus qoşunlarının geri çəkilməsidir. Ukraynanın irəli sürmək istədiyi şərtləri biz deyil, onlar özləri formalaşdırmalıdırlar”- deyə, Şolts bildirib.
Follow @7timesaz