Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşından boşanması bir neçə gündür gündəmi alt-üst edib.
Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşansalar da bir neçə gündür tərəflər ayrılıqlarının səbəblərini açıqlayır və bu məsələ müzakirələrə səbəb olub.
Bəziləri isə məşhurların evliliklərinin saxta olduğunu iddia edir və onları tənqid atəşinə tuturlar.
Məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məsələlərin gündəmə çevrilməsində yeganə günahkarın Rəqsanə İsmayılova və ailəsi olmadığını bildirib:
“Burada günah 50/50-dir. İnsanların yarısı onların boşanmasından gündəm tutur. Amma bəzən insanlar şantaja, qeybətə məruz qalırlar. Bu da yolverilməzdir. Mən şou-biznes mühitinin adamı olmadığım üçün Rəqsanə xanımı tanımıram, heç üzünü də görməmişəm.
Bu məsələdə məişətlə, əxlaqla bağlı bir çox problemlər var, ona görə tək bir nəfəri ittiham etmək haqsızlıq olar. Son vaxtlar eybəcər, təsadüfi, səsi olmayan xanımlar gündəmi zəb ediblər. Onlar ətəyini, balağını qaldırmaqla, sinəsini açmaq gündəmdə qalmağa çalışırlar, nə səsləri, nə də musiqi təhsilləri var. Kiminsə yazdığı şeirlərə əndrabadi mahnılar oxuyurlar, rəqs edib yanlarını atırlar. Mən bunun günahını xalqda və televiziyalarda görürəm”.
Kinorejissor yerli telekanalları da sərt tənqid edib:
“Televiziyalar bu cür mənasız, mahiyyətsiz, bizim əxlaqımıza, milli-mentalitetimizə uyğun olmayan adamları haradan tapıb efirə çıxarırlar?! Bir də görürsən azyaşlı uşaq da çıxıb edirdə oynayır, ədəbaz-ədəbaz hərəkətlər edir. Bunlar bizi hara aparırlar? Efirə çıxarmağa namuslu, əxlaqlı, ziyalı ailədən gələnlər yoxdurmu? Onlar kimi təbliğ edirlər? Məni yandıran, odur ki, mənim gözəl xalqım da onları televiziyada görür, gedib borca pul tapır, bir kisə pul verib toyuna o “manıs”ları dəvət edir.
Bu məsələ günah tək Rəqsanə xanımda olmasa da, bu, kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də yəqin ki, o xanım və ailəsidir. Təəsüflər olsun ki, onu şəxsən tanımıram və nə mənfi, nə də müsbət fikir bildirməyəcəyəm. Mən belə halların gündəm mövzusuna çevrilməsinin, hər kəs tərəfindən müzakirə olunmasının ümumi səbəblərini sadalayıram”.
Follow @7timesaz