Hadisə

Lənkəranda avtomobil turist avtobusuna çırpıldı: Məktəb direktoru həyatını itirdi

Lənkəranda avtomobil turist avtobusuna çırpıldı: Məktəb direktoru həyatını itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Lənkəranda avtomobil turist avtobusuna çırpıldı: Məktəb direktoru həyatını itirdi

Lənkəranda avtomobil turist avtobusuna çırpıldı: Məktəb direktoru həyatını itirdiLənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən yol qəza hadisəsi ilə bağlı Lənkəran – Astara regional təhsil idarəsi açıqlama yayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsi APA-ya bildirilib ki, 28 may saat 12:30 radələrində Lənkəran rayonu Xanbulan kənd ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Liman şəhər 2 nömrəli tam orta məktəbinin direktoru, Məmmədov Ramiz Şahvələd oğlu idarə etdiyi “Nissan” markalı minik maşını ilə qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Ramiz Məmmədov və onunla birlikdə 2 sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onlardan R.Məmmədovun xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Liman 2 saylı məktəbin direktoru Ramiz Məmmədov Masallı rayon özəl klinikaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

16:23

Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan – Daşdatük – Biləsər yolunda baş verib. Belə ki, Ramiz Məmmədovun idarə etdiyi “Nissan Tida” markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.

Nəticədə “Nissan Tida”nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.

Faktla bağlı araşdırma aparılır.