Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırlması (AASQM) haqqında” müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb.
Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə – Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya etmədiyindən Rusiya “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında” müqavilədə iştirakını dayandırmışdı.
Follow @7timesaz