“Real Madrid” yayın ilk “transfer bombası”na imza atmağa hazırdır.
Fanat.Az xəbər verir ki, insayder Matteo Moreto İspaniya nəhənginin Cud Bellingemlə razılığa gəldiyini və tezliklə rəsmi açıqlamanın yayılacağını bildirib.
Mənbə anlaşmanın detallarını da açıqlayıb. Belə ki, “Real” “Borussiya Dortmund”un ulduzu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Bundesliqanın ən yaxşı oyunçusu üçün 100 milyon avro və əlavə bonuslar ödəniləcək.
19 yaşlı ingilis yarımmüdafiəçi “Bayern Münhen”ə uduzduqları günün ertəsi “Borussiya”nın məşq mərkəzində komanda yoldaşlarına və klubun texniki işçilərinə hədiyyələr payladığı bildirilir.
Bellingem dortmundluların heyətində keçirdiyi üç il ərzində 132 oyuna çıxıb, 24 qol vurub və 25 məhsuldar ötürmə verib. O, 2021-ci ildə Almaniya kubokunu qazanıb.
Follow @7timesaz