Hərbi

Avropa ölkələri müdafiə xərclərinin artırıb

Avropa ölkələri müdafiə xərclərinin artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər Avropa ölkələri Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən müdafiə xərclərini artırmaq qərarına gəliblər.

“AzPolitika.info” xəbər verir ki, Polşa, Almaniya, İsveç və Finlandiya müdafiə xərclərini rekord səviyyədə artıran ölkələr sırasındadırlar.

Məlumata görə, ən nəzərəçarpacaq artım Polşada qeydə alınıb. Belə ki, Polşa ümumi daxili məhsulunun 4,3 faizini orduya ayırıb. Bu, ölkənin faktiki ehtiyacından 17 milyard avro çoxdur.

Almaniya isə ordusunun modernləşdirilməsi, yeni silahların alınması və istehsalı üçün 100 milyard avro büdcə ayırıb. Bununla belə, Berlinin müdafiə xərcləri hələ də NATO-nun müəyyən etdiyi hədəfdən aşağıdır. Almaniya iqtisadi istehsalının 1,6 faizini müdafiə xərclərinə ayırıb.

Finlandiyanın hərbi xərclərini 36 faiz, Litvanın 27 faiz, İsveçinisə 12 faiz artırdığı bildirilir.

Danimarka hökuməti də 10 il ərzində ölkəsinin müdafiə xərclərini 3 dəfə artırmağı planlayır. Bunun üçün ümumilikdə 19 milyard avrodan çox vəsaitin xərclənəcəyini bildirilir.