Rusiya “İsgəndər-M” və “İsgəndər-K” tipli qanadlı raketlərlə Ukraynanın paytaxtı Kiyevi vurub.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Raketlərin havada zərərsizləşdirildiyi bildirilsə də, raketlərdən qopan hissələrin yaxınlığdakı yaşayış binasına və uşaq xəstəxanasına düşməsi nəticəsində 3 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.
Məlumata görə, Rusiya tərəfindən 10 ədəd qanadlı raket atılıb.
Follow @7timesaz