Maqazin

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aktrisa Pərvin Abıyevayanın ölkədən çıxışına qadağa qoyula bilər.
Qaynarinfo xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.
Araşdırmalarımız zamanı bəlli olub ki, aktrisanın vergi borcu var. Onun bu günə olan vergi borcu 9686.03 AZN təşkil edir.

Pərvin Abıyeva isə Qaynarinfo-ya açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib. “Mənə bu haqda heç bir məlumat verilməyib. Bu, yanlış məlumatdır. Əgər mənim bundan xəbərim yoxdursa, necə ölkədən çıxışıma qadağa qoyula bilər”,- akstrisa deyib. O, növbəti sualımızı dinləmədən telefonu qapadıb.
Ondan sonra aktrisa ilə yenidən əlaqə saxladıq. Telefonu açan aktrisa qıqşqıra-qışqıra “Danışmaq istəmirəm, siz də məni danışmağa məcbur etmək istəyirsiniz. Gedin, nə istəyirsiniz yazın”, – deyərək yenidən telefonu qapadıb.