Əməkdar artist Elza Seyidcahan ekspertlik etdiyi proqramlardan birində iştirakçılardan biri ilə mübahisə edib.
Lent.az-ın xəbərinə görə, Əməkdar artistin Roman adlı iştirakçıya iradı onun xoşuna gəlməyib və aralarında yaranmış söhbət xeyli uzanıb. Romanın efirə geyinib gəldiyi mövsümə uyğun olmayan çox qalın, uzun qollu köynəyi Elza xanımı təəccübləndirib.
“Qollarını pis günə qoymasaydın, açıq geyinərdin” deməklə iştirakçının narkotik istifadəçisi olmasına eyham vuran Elzaya cavab sərt olub:
“Mənim qollarım tatudur. Orda heç bir ayrı iz yoxdur. Mən sizə niyə efirə başınıza meyvə qoyub çıxırsınız demirəm ki”.
Elza Seyidcahan başına meyvə toplamadığını, bunun incəsənət xatirinə yaradılmış obraz, özününsə böyük sənətkar olduğunu söyləyib.
Follow @7timesaz