Dünya

İlon Mask yenidən dünyanın ən varlı adamıdır

İlon Mask yenidən dünyanın ən varlı adamıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask dünyanın ən varlı adamları reytinqində liderliyini bərpa edib.

Axşam.az xəbər verir ki, “Bloomberg Billionaires Index”in reytinq cədvəlinə görə, iş adamının sərvəti 192 milyard dollar təşkil edir.

İkinci yerdə 187 milyard dollar sərvətlə “LVMH” şirkətinin sahibi Bernar Arno, üçüncü pillədə 144 milyard dollar sərvətlə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, dördüncü sırada isə 125 milyard dollar sərvətlə “Microsoft”un yaradıcısı Bill Qeyts yer alıb.

Qeyd edək ki, “Forbes”in ən zəngin milyarderlər siyahısına görə İlonun sərvəti 200 milyard dollar olaraq qiymətləndirilir.