Fənərbaxçalı olan məşhur müğənni Alişan Fənərbaxçanın uğursuzluğu ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O, paylaşımında,- “Tarixin ən uğursuz idarəçiliyi olaraq tarixə düşdün. İstənilən seriyanı bitirdin. Beş il, sıfır kubok, sıfır uğur”,- sözlərini yazmışdı.
7Times.az xəbər verir ki, bundan sonra Alişan tviter hesabında Əziz Yıldırımdan üzr istəməsi ilə bağlı yazı paylaşıb:
“Hörmətli əfsanəvi prezidentimiz Aziz Yıldırım. Sizdən bir daha üzr istəyirəm. “Sonra çox üzüləcəksiniz” deyəndə inanmadıq. Fənərbaxçanı düşündük. Onlar ayağa qalxacaqdı və çempionluqlar gələcəkdi. Biz yanılmışıq”,- deyə fikirlərini tamamlayıb”.
Follow @7timesaz