Dünya

Ərdoğanın sərvəti rəsmən açıqlandı – Görün nə qədər mülkü və borcu var… – FOTO

Ərdoğanın sərvəti rəsmən açıqlandı – Görün nə qədər mülkü və borcu var… – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın 5 milyon 390 min türk lirəsi (259 min dollar) borcu var.

7Times.az  xəbər verir ki, bu barədə Türkiyə liderinin “Resmi Gazete”də dərc olunan əmlak bəyannaməsində qeyd olunub.

Bəyannaməyə əsasən, hazırda Türkiyə liderinin hesablarında 1,8 milyon lirədən (86 min dollardan çox) çox vəsait var. 5 milyon lirə məbləğin kreditoru Mustafa Ərdoğandır. Sənəddə onun kim olduğu göstərilmir. Türkiyənin “Diken” nəşri Mustafa Ərdoğanın Türkiyə Prezidentinin qardaşı olduğunu yazıb.

Ərdoğana məxsus daşınmaz əmlakların siyahısı belədir:

Rəcəb Tayyib Ərdoğanın ailəsi İstanbulun Asiya hissəsindəki Üsküdar rayonunda 7 milyon 695 min türk lirəsi (382,9 min dollar) dəyərində evə sahibdir. Bu ev 2019-cu ildə satın alınıb.

Eyni zamanda 2019-cu ildə Üsküdar-Kısıklıda alınan evin yarısı (qiyməti 7 milyon 695 min TL) Ərdoğana məxsusdur.

Həmçinin Qara dənizin Rize vilayətinin Güneysu-Dumankaya kəndində 2 min kvadratmetr torpaq sahəsinə malikdir. 1988-ci ildə alınan bu əmlakın dəyəri isə 10 min lirə (480 dollar) olaraq qiymətləndirilir.

Məlumata görə, Ərdoğanın şəxsi avtomobili yoxdur. Onun üç türk bankındakı hesabları yalnız lirə ilə saxlanılır.

Akqabay