“Lester Siti”nin cari mövsüm Premyer Liqanı tərk etməsindən sonra Çağlar Söyüncü komandadan ayrılmaq qərarı verib.
Offsideplus.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Türkiyə millisinin üzvünün transferini rəsmən açıqlayıb. Madrid klubunun çalışdırıcısı İspaniya radiolarından birinə danışıb:
“Çağlar ilə çoxdan müqavilə bağlamışıq. Yeni mövsümdə bizə yardım edəcək. Nəyə ehtiyacımızın olduğunu bilirik”.
Qeyd edək ki, Çağlar cari mövsüm “tülkülər”in heyətində 7 oyun keçirib, 1 qol vurub. Futbolçunun klubla sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatırdı.
Follow @7timesaz