Maqazin

“Afaqa dedim ki, həmin gün işdə olmasan, səni bloka atacağam”

“Afaqa dedim ki, həmin gün işdə olmasan, səni bloka atacağam”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.

Axşam.az xəbər verir ki, o, Afaqın sentyabrdan etibarən efirə çıxacağını açıqlayıb:

“Afaqı bu gün görəndə uşaq kimi sevindim. Nə yaxşı ki, gəldin dedim. O, səhhətində yaşadığı problemlərə görə, bir az efirdən uzaq qalmışdı. Çünki sağlamlığı daha önəmli idi. Getdi əməliyyat olundu. Onu əməliyyatdan sonra ziyarətə gedəndə demişdim ki, Afaq, 1 iyun tarixində işdə olmasan, səndən küsəcəyəm, bloka atacağam, toparlan işə qayıt, sentyabr çox gecdir. Bunu uşaq kimi yadında saxlayıb ki, Lalənin xətrinə dəyə bilərəm. Görürəm ki, Afaq durub işə gəlib. Deyir ki, sentyabrdan da efirə qayıdacağam. Afaq, qayıt, çünki efir səni çox sevir”.