Ukrayna hərbçiləri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks hücuma keçərək 400 metrədək irəliləməyə nail olub.
7Times.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Komandan cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.
Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.
General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.
Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.
Follow @7timesaz