“Qalatasaray”ın çempionluq gecəsində futbolçu Mauro İkardi və ifaçı Simge Sağın birgə səhnəyə çıxıb.
BAKU.WS xəbər verir ki, İkardi və Simge məşhur “Aşkın olayım” mahnısını bu dəfə bərabər səsləndiriblər.
Sözügedən anlar azarkeşlərin böyük marağına səbəb olub.
Xatırladaq ki, “Qalatasaray” “Ankaragücü” ilə matçda 1-4 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirsə də, Super Liqanın 37-ci həftəsində “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edərək qələbəsini daha da taclandırıb.