Türkiyə Xarici İşlər Nazirliyində təhvil-təslim mərasimi baş tutub.
7Times.az xəbər verir ki, keçmiş nazir Mövlud Çavuşoğlu mərasimdə çıxış edib.
O bildirib ki, Hakan Fidan xarici siyasətdə də təcrübəyə malikdir:
“Bayrağı təhvilvermə növbəsi bizdədir. Hakan Fidan nəzəriyyə ilə yanaşı xarici siyasətdə də təcrübəyə malikdir. Biz birlikdə dövlətimizin varlığını qoruduq. Biz xaricdəki terror şəbəkələrinə qarşı birlikdə mübarizə apardıq”.
Xarici işlər naziri Hakan Fidan isə göstərilən etimada görə təşəkkür edib:
“Hörmətli nazir, hörmətli qonaqlar, öncə hörmətli Prezidentimə təşəkkür edirəm. Onunla dostluğumuz Bilkənddə başlayıb. Biz birlikdə çətin tapşırıqların öhdəsindən gəlmişik.
Mənə göstərilən etimada görə təşəkkür edirəm. Bu sıraya qoşulmaqdan qürur duyuram. Dövlətimizin birliyi, bütövlüyü, rifahı üçün hər cür əməyi göstərəcəyəm”.
Follow @7timesaz