Dünya

Fransa üç Afrika ölkəsindəki hərbi kontingentini azaltmaq niyyətindədir

Fransa üç Afrika ölkəsindəki hərbi kontingentini azaltmaq niyyətindədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa yaxın aylarda Afrikanın üç dövlətində yerləşən hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ilin sonunadək Abidjan (Kot-d’İvuar), Dakar (Seneqal) və Librevildə (Qabon) hərbi qulluqçuların sayının “bir neçə yüz nəfər” azaldılması planlaşdırılır. Qəzet qeyd edib ki, hazırda bu ölkələrdə ümumilikdə 1,7 minə yaxın Fransa hərbçisi var.

Eyni zamanda vurğulanıb ki, 1,5 min əsgərin olduğu Cibutidəki hərbi kontingent planlaşdırılan ixtisara tabe deyil.