NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı Kaxovka bəndinin bombalanması “Rusiyanın müharibəsinin vəhşiliyini” göstərib.
7Times.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq sosial şəbəkədə Ukraynanın cənubundakı Xerson vilayətində bəndə edilən hücumla bağlı açıqlama verib.
Su anbarının uçması nəticəsində minlərlə mülki şəxsin təhlükə altında olduğunu bildirən Stoltenberq bunun da ətraf mühitə ciddi ziyan vurduğunu vurğulayıb.
“Bu, Rusiyanın Ukraynada apardığı müharibənin vəhşiliyini nümayiş etdirən qəddar bir hərəkətdir”, – Stoltenberq deyib.
Qeyd edək ki, Ukraynanın Xerson vilayətində yerləşən Rusiyanın nəzarətində olan Kaxovka Su Elektrik Stansiyası (SES) bombardman nəticəsində dağıdılıb. Ərazinin su basma təhlükəsi ilə üzləşdiyini qeyd edən Ukrayna hakimiyyəti bəndin vurulmasına görə Rusiya ordusunu məsuliyyət daşıdığını vurğulayıb.
Follow @7timesaz