“Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin dağıdılması bütün dünya ictimaiyyəti tərəfindən öyrənilməli və araşdırılmalıdır”.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün “Sputnik” radiosuna müsahibəsində deyib.
“Bu, həqiqətən baş verən hər şeyə görə Rusiyanı günahlandırmaq istəyidir”, – Zaxarova həmçinin vurğulayıb.
O, Qərbin bəyanatlarının bundan sonra da belə olacağına əmin olduğunu deyib və xatırladıb ki, Rusiyaya qarşı informasiya-psixoloji formada müharibə aparılır.
“Qərb ölkələrində baş verən bütün pis hadisələr bilərəkdən Rusiya ilə əlaqələndirilir. Onlar böyük məbləğdə pullar ayırırlar və əhaliyə bu məbləğlərin niyə ayrıldığını izah etmək lazımdır”, – Zaxarova yekunlaşdırıb.
Follow @7timesaz