Moskvanın Basmannıy rayonu Deputatlar Şurasının üzvü 62 yaşlı Yuri Arxipov koronavirusa yoluxduqdan sonra vəfat edib.
Bu barədə “Moslenta” xəbər verib.
Məlumata görə, Arxipovun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib. Hazırda o reanimasiyadadır.
Ümumiyyətlə son bir gündə Moskvada koronavirusdan 75 nəfər vəfat edib. Bu, iyunun 1-dən (71 nəfər) bəri Rusiya paytaxtında ən yüksək göstəricidir.
Oxu.az
Follow @7timesaz