“Bayern Münhen”in prezidenti Herbert Hayner klubun baş direktoru postundan qovulan əfsanəvi Oliver Kanla nə danışdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, “Sky Sports” Haynerin dediklərini belə təqdim edib:
“Ötən həftə Kanla telefonla danışdıq. “Bayern” həmişə əməkdaşlığa hazırdır. Əminəm ki, münasibətlər normallaşacaq və Oliver “Bayern” ailəsinə qayıdacaq”.
Oliver Kan və Hasan Salihamiciçin istefaya göndərilməsi barədə Almaniya nəhəngi komanda Tomas Tuxelin rəhbərliyi altında çempion olduğu gündə məlumat yayıb. Millinin sabiq qapıçısının sözlərinə görə, onun heç bu uğuru komanda ilə bir yerdə bayram etməsinə də icazə verməyiblər.
Xatırladaq ki, “Bayern” Bundesliqanın 34-cü turunda “Köln” üzərində qələbə qazanaraq istəyinə çatıb. Paralel keçirilən qarşılaşmada Dortmund “Borussiya”sı “Maynts” ilə heç-heçə etdiyi üçün münhenlilər titula qovuşa biliblər.
Follow @7timesaz