Ənənəyə uyğun olaraq, Şimali Kipr Türk Respublikasından Azərbaycana gedəcəyəm.
7Times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə mətbuat konfransında deyib.
Ərdoğan Azərbaycanda görüşlər keçirəcəyini bildirib.
“İlk xarici səfərimizi Şimali Kipr Türk Respublikasına etməklə ənənəmizi reallaşdırdıq. Buradan Azərbaycana gedirəm”, – Türkiyə lideri bildirib.
Xatırladaq ki, Ərdoğan sabah həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər. Dövlət başçıları Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Bundan əlavə, Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.
Follow @7timesaz