Son mövsümü icarə əsasında Milan “İnter”ində keçirən “Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış jurnalist Santi Auna yayıb.
Mənbənin məlumatına görə, Lukaku Parisdəki otellərin birində “Əl-Hilal”ın nümayəndələri ilə görüşüb və onlardan illlik 20 milyon avro məvacib qarşılığında təklif alıb. Belçikalı forvardın daha çox maaş istədiyi və hazırda bu yöndə danışıqların davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, Lukaku geridə qalan mövsümdə “İnter” forması ilə ümumilikdə 37 matça çıxıb. Bu qarşılaşmalarda 14 qol vuran forvard 7 məhsuldar ötürmə ilə də yadda qalıb.
Follow @7timesaz