“Putin ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir”.
7Times.az “RBK Ukraine”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
O, hesab edir ki, bundan əvvəl Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarının başlanacağını gözləmək olmaz.
Borelin sözlərinə görə, Co Bayden yox, Donald Tramp ABŞ prezidenti qalsaydı, Rusiyanın Ukraynaya qarşı müharibəsi çox fərqli cərəyan edəcəkdi.
Follow @7timesaz