Dünya

Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır – Rusiya XİN

Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır – Rusiya XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın Bakı və Xankəndi (məlumatda qondarma “Stepanakert” adından istifadə olunub – red.) arasında dialoqda vasitəçilik xidmətlərini tətbiq etməyə çalışdığı məlumatlardan narahatdır.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən “RİA Novosti”yə verilən məlumatda qeyd olunub.

“Söhbət o cümlədən hədə-qorxu ilə tətbiqdən gedir. Bu, ABŞ-dan olan vasitəçilərin adekvatlığına dair suallar yaradır”, – Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl “RİA Novosti” ABŞ-dakı diplomatik mənbələrdən “Vaşinqtonun Qarabağdakı separatçıları Bakı ilə dialoqa məcbur etdiyi, əks təqdirdə antiterror əməliyyatları ilə hədələdiyi” barədə guya məlumat əldə etdiyini iddia etmişdi.