Rusiya Ukraynanın əks-hücumu əməliyyatından ehtiyat edərək, Qara dəniz donanmasını qoruyan delfinlərin sayını iki dəfə artırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Naval News” nəşri məlumat yayıb. Məlumata görə, Rusiya müharibənin əvvəlində üç və ya dörd delfindən istifadə edirdisə, indi bu say 6-7-yə yüksəlib.
Nəşr iddia edir ki, bu delfinlər xüsusi təlim keçib və onlar minaların, texnoloji avadanlıqların eləcə də dalğıcların yerini asanlıqla müəyyən edə bilirlər.
Follow @7timesaz