Dünya

Rusiya Xersondan 7 525 nəfəri TƏXLİYƏ ETDİ 

Rusiya Xersondan 7 525 nəfəri TƏXLİYƏ ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaxovka su elektrik stansiyasının (SES) bəndinin partladılmasından sonra daşqın baş verən Xerson vilayətindən 7 min 525 nəfər təxliyə edilib.

7Times .az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatına əsasən, qurum Xerson ərazisində 1872 bina və 44 ictimai binanı təxliyə edib. Təxliyə fəaliyyətləri başlayandan 461-i uşaq olmaqla 7 525 nəfər köçürülüb. 20 yerləşdirmə mərkəzində 1 764 nəfər qalır.

Hərəkət qabiliyyəti zəif olan xəstələr yerli xəstəxanadan evakuasiya edilib və avtobuslarla təhlükəsiz yerə aparılıb.

FHN əməkdaşları, həmçinin, su çəkməyə və binaları, ətraf əraziləri dezinfeksiya etməyə davam edir. Zərərin miqyası evlərə baş çəkməklə qeydə alınır.