“Əl-Nəsr”in 38 yaşlı ulduzu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisinə hansı futbolçunu transfer etməyi məsləhət gördüyü açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Xəbərə görə, portuqaliyalı forvard rəhbərliyə “Real Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyunu heyətə qatmağı tövsiyyə edib. Mənbə “Əl-Nəsr”in Ronaldunun istəyi ilə yeni mövsümə hazırlığın böyük hissəsini Portuqaliyada keçəcəyini də vurğulayıb.
31 yaşlı Karvalyu ötən mövsüm “Betis”in forması ilə 43 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun Sevilya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2026-cı ilfə başa çatacaq.
Follow @7timesaz