İdman

“Mançester Siti”də “yarpaq tökümü”

“Mançester Siti”də “yarpaq tökümü”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yay “Mançester Siti”nin heyətində bir sıra dəyişikliklər ola bilər. 

Fanat.Az xəbər verir ki, 6 futbolçunun “şəhərlilər”in heyətini tərk edəcəyi gözlənilir.

Bu barədə “The Athletic” məlumat yayıb.

Müdafiəçi Kayl Uoker ona verilən az oyun vaxtından şikayətçidir.
Klubun narazı olduğu və mövsümün yarısını icarə əsasında “Bayern Münhen”də keçirən Joau Kanselu da özünə yeni komanda axtarır.
Zədə səbəbilə əsas heyətdə yerini itirən Emerik Laportun da gedəcəyi gündəmdədir.
Komandadakı gələcəyi sual altında olan İlkay Gündoğanın “Barselona”ya keçəcəyi iddia olunur. Almaniyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından da təklif alıb. Ancaq onun ərəblərə cavabı “yox” olub.
Bernardu Silva da “Barselona”, eləcə də PSJ-nin maraq dairəsindədir.
Sonuncu ad isə Riyad Marezdir. Əsas heyətə düşə bilməyən futbolçunun Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir.

Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” son mövsümü “qızıl het-trik”lə başa vurub. “Şəhərlilər” həm İPL-in çempionu, həm İngiltərə Kubokunun sahibi, həm də Çempionlar Liqasının qalibi olub. Avropanın 1 nömrəli turnirinin finalında “İnter”i (1:0) məğlub edən “Mançester Siti” qitənin ən gücü klubu adını qazanıb.