Dünya

İŞİD-çilərə yemək bişirən qadın Rusiyaya ekstradisiya edilib

İŞİD-çilərə yemək bişirən qadın Rusiyaya ekstradisiya edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq İŞİD sıralarına qoşulduğuna görə axtarışda olan Leyla Qataqajeva adlı qadın terrorçunu Rusiya Federasiyasına ekstradisiya edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Leyla Qataqajeva İŞİD terror təşkilatına yardım etməkdə ittiham olunur.

“Leyla Qataqajeva bu gün Bağdad hava limanında Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib. Leyla Qataqajeva Suriyaya 2016-cı ilin oktyabrında yollanıb və orada könüllü olaraq İŞİD-ə qoşulub. L. Qataqajeva yaralı terrorçulara yardım edib, onların geyimlərini yuyub, yeməklərini bişirib, həmçinin öz pulu ilə onları silahla təmin edib”, – Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur. (Mənbə: TASS)