“Liverpul”un keçmiş hücumçusu Roberto Firmino karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “Calciomercato” informasiya yayıb
“Yuventus” braziliyalı hücumçusu ilə ciddi maraqlanır. Futbolçunun transfer siyahısında olduğunu baş məşqçi Massimiliano Alleqri də təsdiqləyib. “Byankonerilər” hələ bir il əvvəl braziliyalını transfer etmək istəsələr də, o zaman “qırmızılar” onu buraxmamışdı.
Firmino hazırda azad agentdir. Futbolçu 2015-ci ildən çıxış etdiyi “Liverpul”dan ayrılıb.
31 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə edib.
Follow @7timesaz