Dünya

Dünyanın və Avropanın ən yaxşı aviaşirkətləri məlum oldu  Bəs “Azal” neçəncidir?

Dünyanın və Avropanın ən yaxşı aviaşirkətləri məlum oldu – Bəs “Azal” neçəncidir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın nüfuzlu “Skytrax” agentliyi dünya aviaşirkətlərinin 2023-cü il üçün reytinq cədvəlini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, “Skytrax”-ın reytinq cədvəlində Avropanın ən yaxşı şirkəti kimi Türkiyənin “Turkish Airlines” şirkəti tanınıb. Dünya üzrə isə Türkiyə şirkəti 6-cıdır.

 

Reytinq cədvəlinə Sinqapurun “Singapore Airlines” şirkəti başçılıq edir. Ötən il lider “Qatar Airways”(Qətər) olmuşdu. Bu il həmin şirkət ikincidir. Sonrakı yerləri “ANA All Nippon Airways”(Yaponiya), “Emirates”(BƏƏ) və “Japan Airlines”(Yaponiya) tutur.

MDB məkanında ən yaxşı göstərici siyahıda 37-ci olan Qazaxıstanın “Air Astana” şirkətinə məxsusdur.

Regionun ən bahalı və böyük ziyanla işləyən şirkəti kimi tanınan Azərbaycanın “Azerbaijan Airlines” şirkəti “Air Astana”-dan 13 pillə geri qalır və siyahıda 50-ci yeri tutur. Ötən il “Azal” 52-ci olub.