“İnsanlarda yanlış təəssürat yaranmasın: tamaşaçılarım bilsinlər və əmin olsunlar ki, bu illər ərzində mən yalnız kütləvi və pop musiqisi ilə məşğul olmadım. Yaşıdlarım kimi bir istiqamətdə iş aparmadım. Özümü musiqiçi kimi daim püxtələşdirdim: caz, hip-hop, pop, folk, rok, muğam və digər janrları ilə peşəkar məşğul olmuşam”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Dikdaban” verilişində deyib. Sənətçi səhnədən uzaqlaşması haqda deyilənlərə cavab verib. Elnarə bildirib ki, ailə qurduqdan sonra sənətdən uzaqlaşması iddiaları yanlışdır:
“Pop ifa etmirəmsə, o demək deyil sənətdən aralanmışam, başım ailəyə qarışıb, övlad dünyaya gətirmişəm. Onu da, bunu da etmişəm. Təkcə yutub kanalıma baxsanız, görərsiniz ki, ayda 1 məhsul var. Bu məhsuldarlığı bu gün – 2023-cü ildə özümdən başqa digər həmkarlarımda görmürəm. Söhbət yaşıdlarımdan gedir. İnanmıram bundan sonra da görəm. Bunu etmək üçün vaxt, maddi və mənəvi təminat, istək, əmək və enerji lazımdır. Hamısı şərtdir. İstəmirəm tamaşaçılarım bilsin ki, tənbələm, dünyaya övlad gətirib başımı balışa atıb yatmışam. Heç vaxt səhnəni tərk etməmişəm. Hər zaman peşəkar musiqi ilə məşğul olmuşam. Pedoqoqam, iki ali təhsilim var. Cazdan, muğamdan, rokdan, popdan dərs deyə bilirəm”.
Follow @7timesaz