Atlantik okeanında yoxa çıxan “Titan” aparatının göyərtəsində olan 5 nəfər çox güman ki, ölüb.
Bu barədə “OceanGate Expeditions” şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.
“Biz hazırda icraçı direktorumuz Stokton Raş, Pol-Anri Narjole, Hamiş Hardin, Şahzadə Davud və oğlu Süleymanın kədərli şəkildə dünyasını dəyişdiyini düşünürük”, – məlumatda deyilir.
Bildirilir ki, bu insanlar macəra həvəsini, dünya okeanlarını araşdırmaq və qorumaq istəyini bölüşən əsl kəşfiyyatçılar idilər./oxu.az
Follow @7timesaz