“Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” sualtı qayığının başına gələn fəlakəti bir neçə gün əvvəl proqnozlaşdırdığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 1997-ci ildə ekranlara çıxan və Kate Winslet və Leonardo DiCaprionun rol aldığı əfsanəvi filmin rejissoru Cameron Titan yoxa çıxanda gəmidə olduğunu və bu xəbəri bazar ertəsi aldığını bildirib.
Follow @7timesaz
O, həm sualtı qayığın naviqasiyasını, həm də rabitəsini eyni vaxtda itirməsi nəticəsində fəlakətin baş verdiyini proqnozlaşdırdığını söyləyib:
“Mən nə baş verdiyini sümüklərimə qədər hiss etdim. Sualtı qayığın elektron və rabitə sistemi eyni vaxtda sıradan çıxdı, radio ötürücü cavabsız qaldı. Sualtı qayığa nə olduğunu anladım”.