Dünya

Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək

Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasına qarşı mübarizə qərargahına rəhbərlik edəcək.

7times.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” xəbər yayıb.

Ölkədə koronavirus üçün kütləvi testlərin aparılması, laboratoriya potensialının artırılması və xəstəxanaların koronavirus müalicəsi şöbələrinə çevrilməsi təmin ediləcək.

Pulsuz test və təcili yardım üçün simptomları olan və ya koronavirus xəstəliyindən əziyyət çəkən ukraynalılar üçün vahid Ukrayna çoxkanallı telefon xətti də tətbiq olunur.

Ümumi gücü gündə 100 mindən çox tədqiqat aparacaq dövlət regional virusoloji laboratoriyalar şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Ukraynadakı koronavirusa görə fövqəladə vəziyyət 31 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki, Ukraynada 370 417 nəfərdə koronavirus müəyyən edilib.