Dünya

ABŞ Baş prokuroru Baydenin oğlu ilə bağlı açıqlama verib

ABŞ Baş prokuroru Baydenin oğlu ilə bağlı açıqlama veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Baş prokuroru Merrik Qarland Ədliyyə Nazirliyinin prezident Cozef Baydenin oğlu Hanterin vergidən yayınması ilə bağlı təhqiqata mane olması ilə bağlı xəbərləri təkzib edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Delaver ştatının prokuroru Devid Vaysın araşdırma aparmaq üçün tam səlahiyyətə malik olduğunu nəzərə alsaq, onu necə əngəlləyə biləcəyini bilmirəm. Ona təkbaşına qərar vermək üçün bütün hüquqlar verilib”-deyə, o bildirib.

Yerli medianın verdiyi xəbərə görə, Hanter Bayden ABŞ prokurorları ilə razılaşmanın bir hissəsi olaraq, qəsdən vergidən yayınmada iki ittiham üzrə təqsirli bilinib. Bundan əlavə, tərəflər odlu silah saxlama qaydalarını pozma ittihamları ilə bağlı razılığa gəliblər. Devid Vays bu araşdırmaya hələ 2018-ci ildə başlayıb.