Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Rusiyadakı hadisələrə münasibət bildirib.
7Times.az xəbər verir ki, kəşfiyyat “Vaqner” və Kreml arasındakı gərginliyi son dövrlərdə Rusiya dövlətinin qarşısında duran ən ciddi problem kimi xarakterizə edib.
Məlumatda bildirilir ki, Priqojinin “Vaqner” muzdluları ilə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik açıq hərbi qarşıdurma mərhələsinə keçib. Vurğulaıb ki, yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnəcəyinə əsas verəcək”.
“Priqojin tərəfindən “azadlıq yürüşü” kimi xarakterizə edilən əməliyyatda “Vaqner” Qrupunun qüvvələri ən azı iki istiqamətdən işğal olunmuş Ukrayna ərazisindən Rusiyaya keçib. Rostov-Donda “Vaqner”, demək olar ki, əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib”, – açıqlamada deyilir.
Britaniya kəşfiyyatı vurğulayır ki, hazırda “Vaqner” bölmələri Vorenej vilayətindən şimala doğru irəliləyir və hədəf Moskvaya girməkdir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
Follow @7timesaz