İstanbulun Bağcılar ərazisində anasının başını kəsən Ali Sayanın məhkəmədə özünü müdafiə üçün dediyi sözlər təəccüb doğurub.
7Times.az haberler.com-a istinadən xəbər verir ki, keçən il anasını amansız şəkildə qətlə yetirən şəxs ilk dəfə hakim qarşısına çıxıb. O, “Hələ kiçik yaşlarımdan bəri antidepressant istifadə edirəm. Müalicəyə qədər heç bir zorakı davranışım yox idi. Bəraət istəyirəm” deyə məhkəmə salonunda çıxış edib.
Ali Sayanın atası və böyük qardaşı ondan şikayətçi olmayıb. Şahid qismində dindirilən əmisinin həyat yoldaşı isə bunları deyib: “Qapını açanda Alinin əlində bıçaq var idi, bizə tapşırdı ki, səssiz olaq qonşular eşitməsin, gözləri az qala yerindən çıxacaqdı…”
Mərhumun bədən üzvlərinin öldükdən əvvəl və ya sonra kəsilməsi ilə bağlı sübutlar dəqiqləşməyib. Aidiyyatı üzrə istintaq davam edir. Məhkəmə növbəti mərhələyə qədər təxirə salınıb.
Follow @7timesaz