Dünya

“Pulu hər kəsin öldüyü gəminin qalıqlarını görmək üçün xərclədilər”

“Pulu hər kəsin öldüyü gəminin qalıqlarını görmək üçün xərclədilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Atlantik okeanın dərinliklərində olan “Titanik”in qalıqlarını görməyə aparan “Titan” sualtı gəmisində 5 ekipaj üzvü həlak olub.

Axşam.az xəbər verir ki, faciənin fonunda müğənni Nikki Minajın sualtı qayığın axtarışları davam edərkən məsələ ilə bağlı verdiyi açıqlama diqqət çəkib. Bu barədə ifaçı qonaq olduğu “Queen Radio” proqramında danışıb.

“Heç kim bir sualtı qayığa minib “Tiainik”ə baxmaq üçün okeanın dərinliklərinə enmələrindən bəhs etməmlidir. Bəzi insanlar ömür boyu çalışmalarına baxmayaraq 250 min dollar (təxminən 425 min manat) yığa bilmədiyini bilirsiniz? Bu pulla sualtı gəmiyə minib, içindəki hər kəsin öldüyü bir gəminin qalıqlarını görmək üçün xərclədilər” deyə, Minaj bildirib.

Qeyd edək ki, “Titanik”i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu idi. Ötən gün bütün heyətin öldüyü təsdiqlənib. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayışın baş verməsi olub.