İdman

PSJ “Bayern Münhen”in futbolçusunu heyətinə qatmaq üzrədir

PSJ “Bayern Münhen”in futbolçusunu heyətinə qatmaq üzrədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ yeni futbolçu transferini tamamlamaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı “L’Équipe” yayıb.

Xəbər görə, Paris klubunun müdafiəçi Lük Ernandesin transferi ilə bağlı “Bayern Münhen” ilə apardığı danışıqlar müsbət məcrada davam edir. Mənbə Fransa nəhənginin prezidenti Nasser Əl-Xelaifinin Münhen klubunun başqanı Yan-Kristian Drezenlə şəxsən danışıq apardığını vurğulayıb. Keçidin reallaşmaq ehtimalının yüksək olduğu və xüsusi nəsə baş verməyəcəyi təqdirdə, transferin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilib. Xəbərdə PSJ-nin qarşı tərəfə 35-40 milyon avro ödəyəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Fransa millisinin heyətində DÇ-2022-yə qatılan Lük Avstraliya ilə oyunda xaçvari bağları qopduğu üçün uzun müddət “Bayern”ə kömək edə bilməyib. O, Münhen təmsilçisinin forması
ilə geridə qalan mövsümdə 11 oyuna çıxa bilib. Arxa xəttin sol cinahında da oynaya bilən mərkəz müdafiəçisinin Bundesliqa klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.