Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı vəziyyətə sutka boyu nəzarət etdiyini bildirib.
7Times.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə “Rossiya-1” telekanalının efirində danışıb.
O, jurnalist Pavel Zarubinin müharibənin gedişatına nə qədər vaxt ayırması ilə bağlı sualına da cavab verib.
“Əlbəttə, ilk növbədə bu məsələyə diqqət yetirirəm. Səhər gün bununla başlayır və axşam da bununla bitir”, – Putin vurğulayıb.
O, son vaxtlar gecələr az yatdığını bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Follow @7timesaz