Rostov-Donda “Vaqner”ə məxsus hərbi texnikanın keçidindən sonra 10 min kvadratmetrdən çox yol zədələnib.
7Times.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko “Telegram” kanalında məlumat verib.
“Ən çox Budennovski prospekti zərər çəkib”,-deyə o bildirib.
Onun sözlərinə görə, zərər Vaqner qrupu şəhəri tərk etdikdən sonra aşkar edilib. Şəhər icra hakimiyyətinin başçısı əlavə edib ki, iki gün ərzində yollaırn təmiri nəzərdə tutulub.
O, həmçinin əlavə edib ki, kommunal xidmətlər artıq Cənub Hərbi Dairəsinin qərargahının binasının ətrafını qaydaya salıb.
Follow @7timesaz