İran və Rusiya Prezidentləri İbrahim Rəisi ilə Vladimir Putin arasında telefon danışığı baş tutub.
7Times.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Məlumata görə, Rəisi söhbət zamanı iyunun 24-ü ölkədə “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamı ilə bağlı baş verən hadisələr fonunda Rusiya rəhbərliyinə dəstəyini ifadə edib.
Prezidentlər, həmçinin iki ölkə arasında maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə isə, İbrahim Rəisi ilə ölkənin Baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub. Onların regiondakı vəziyyət və ikitərəfli əlaqələr barədə müzakirələr apardığı qeyd olunub.
Follow @7timesaz