Dünya

Paşinyan müharibəyə hazırlıqdan danışıb – “Məni əmin etmişdilər ki…”

Paşinyan müharibəyə hazırlıqdan danışıb – “Məni əmin etmişdilər ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məni əmin etmişdilər ki, Ermənistan ordusu qarşısına qoyulan tapşırıqları yerinə yetirə biləcək”.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Baş nazirin sözlərinə görə, 2020-ci ilin avqust ayında ona bildirilib ki, ordunun hazırlığı yüksək səviyyədədir və qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcək.

O həmçinin qeyd edib ki, hakimiyyətə gəldikdən sonra “hər şey ordu üçün” prinsipini rəhbər tutub: “2019-cu ildə orduda müqavilə ilə xidmət edən hərbçilərin maaşları artıb, texnika və sursat alınıb. İndiyə qədər elə bir hal olmayıb ki, ordu hökumətə hansısa məsələ ilə bağlı müraciət etsin və maliyyə çatışmazlığı səbəbindən imtina cavabı alsın”.

Paşinyan Rusiya istehsalı olan “Su-30” qırıcı təyyarələrinin alınmasına toxunaraq əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra müdafiə sahəsinə dair planlar dəyişməyib: “Hər hansı silahın alınmaması Ermənistanın istəyi ilə bağlı deyil, satan tərəfin həmin silahı tədarük etmək istəyi ilə bağlıdır”, – deyə Baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan pulu köçürüb, lakin hələ də silah almayıb.