“Real Madrid” yarımmüdafiəçisi Vinisius Juniorla müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Xəbərə görə, braziliyalı futbolçu ilə bu həftə yeni sözləşmə imzalanacaq. Anlaşmanın müddəti 5 illiyə nəzərdə tutulub.
Müqavilənin şərtlərinə görə, Junior “Qızıl top” alarsa, əlavə mükafat da qazanacaq. 22 yaşlı vingerin transfer qiyməti isə 1 milyard avro təşkil edir.
Qeyd edək ki, Vinisius Junior “Real Madrid”ə 2018-ci ildə Braziliya “Flamenqo”sundan keçib. 147 oyunda meydana çıxan “sambaçı” 34 qola imza atıb.
Follow @7timesaz